TRTAJANS - Bakıda qadın narkotacir həbs edilib

 

Xəbərlərin Faktiki Ünvanı 

Toplum

...Təəssüf ki, narkoticarətin əsas subyektlərindən biri də qadınlar olmaqdadır...

Bu artıq cəmiyyətimiz üçün, dünyamızdan ötrü ciddi bir təhlükənin siqnalı olmalıdır. Amma təəssüf ki, belə olmur hələki... Belə ki, Bakıda qadından külli miqdarda narkotik vasitə götürülüb... Hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nuriyeva saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə S.Nuriyevanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Pin It

Qalereya