TRTAJANS - ERMƏNİLƏR AZƏRBAYCAN ƏRAZİSİNDƏ HƏLƏ NƏ QƏDƏR AT OYNADACAQ?

 Xəbərlərin Faktiki Ünvanı 

Toplum

 

Atalar məsəlidir, üz verəndə astar da istəyir... Ermənilər indi də Azərbaycan ərazisində vətəndaşımızı girov götürür, məhkəmə qurur, cinayət işi başlayır...

"Sentyabr ayının əvvəlində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ağdərədə saxlanılan Azərbaycan hərbçisi Cəmil Babayevlə görüşüblər". Bunu isə açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. "Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxsə ailəsi ilə əlaqə saxlamasına şərait yaratsın", - qurum rəsmisi bildirib. Təsəvvür edirsinizmi, Azərbaycan Ordusunun gücünü 44 gündə dadan erməni, hələ də özünə gəlməyib və müddətdən artıq həqiqi hərbi xidmət keçmiş hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunu (Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib) tutub mühakimə edir... Ki, niyə Azərbaycan torpağı olan Ağdərəyə gedib çıxmısan??? Belə çıxır ki, bu erməni xəmiri hələ çox su aparacaq və biz öz torpağımızda gəzmək üçün Aşotdan icazə almalıyıq. Bu isə o deməkdir ki, Aşot sabah Şuşa, Kəlbəcər, Laçın... ərazisində də pusqu qurub bizi də o torpaqlarda gəzdiyimizə görə mühakimə edə bilər???

A.Məmmədli

Pin It

Qalereya