TRTAJANS - İRANDAN GƏTİRİLƏN KÜLLİ MİQDARDA NARKOTİK UKRAYNADA ƏLƏ KEÇDİ

 Xəbərlərin Faktiki Ünvanı 

Toplum

 

Narkotiklərin daşınmasının coğrafiyası genişləndikcə, dünya bu bəlaya qarşı mübarizəsini fərqli istiqamətdə davam metdirir. Narkobaronlar, sanki qarşılarına məqsəd qoyublar ki, bu çirkin fəaliyyət sonadək davam etdirilməlidir.Ən pisi odur ki, bu işdə İranın adı öncül yerləri tutur...

Budur, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin işçiləri Gəlir Xidmətinin Gömrük İdarəsinin əməkdaşları ilə birlikdə narkotik alverinə qarşı beynəlxalq səviyyəli xüsusi əməliyyatda iştirak ediblər. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına əsasən, narkotik alverinə qarşı beynəlxalq xüsusi əməliyyatda Gürcüstan, Ermənistan və Ukraynanın güc və sərhəd strukturları birgə iştirak ediblər. Əməliyyat və istintaq tədbirləri çərçivəsində İran İslam Respublikasından yola çıxan tranzit yükün içərisində gizlədilmiş və 75 000 000 lari dəyərində 368 kq heroinin, Ermənistan Respublikası və Gürcüstan ərazisindən Ukraynaya keçirildiyi məlum olub. Əməliyyat zamanı, xüsusilə külli miqdarda narkotikin beynəlxalq daşınması faktı ilə 2 nəfər Türkiyə vətəndaşı Kiyevdə saxlanılıb. Saxlanılan şəxsləri 12 ilədək həbs cəzası gözləyir.

Göründüyü kimi, İran narkotiklərin elə bil istehsal olunduğu yeganə ölkədir. İNDİYƏDƏK aZƏRBAYCANIN DA GÖMRÜK VƏ HÜQUQ MÜHAFİZƏ ORQANI ƏMƏKDAŞLARI İRANDAN GƏTİRİLƏN KÜLLİ MİQDARDA NARKOTİKLƏRİ MÜSADİRƏ EDİBLƏR. Doğrudanmı İranın hüquq mühafizə orqanları bu çirkin fəaliyyətin qarşısını ala bilmir?  

A.Məmmədli

Pin It

Qalereya