Toplum

“44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edib”.

Report-un əməkdaşının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında işğaldan azad olunmuş Ağdam rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O xatırladıb ki, artıq Prezidentin rəhbrəliyi və tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb:

“Qərargah müvafiq qurumlarla birlikdə bu ərazilərdə bərpa-quruculuq işlərini həyata keçirirlər. Bu yaxınlarda Prezidentin İlham Əliyevin müvafiq sərəncamı ilə Ağdam rayonunun işğaldan azad olunmuş hissəsi üzrə, o cümlədən Ağdam şəhəri daxil olmaqla Prezidentin xüsusi nümayəndəliyi təsis olunub. İlkin olaraq Ağdam şəhərinin baş planının təqdimatı keçirilib. Artıq dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır”.

Trtajans.az