Print this page
Cuma, 27 Agustos 2021 00:00

HAMI BELƏ IŞLƏSƏYDI...

Written by 
Rate this item
(0 votes)

Azərbaycanda əhaliyə yüksək səviyyədə xidmət göstərən dövlət idarələri, eləcə də  özəl şirkətlər çoxdur.

“Dost”,”Asan” xidmət, müxtəlif banklar, tibb müəssisələri işlərini elə qurublar ki, əhaliyə yüksək və müasir səviyyədə xidmətlər göstərə bilsinlər. Bu cür müəssisələrin əsas amalı insan faktoruna xüsusi diqqət yetirməkdir. Ona görə də bu cür, məsələn “Dost”, “Asan” xidmətlərin, bank filialların, sosial müdafiə obyektlərinin ən uzaq  regonlarda açılması əhalini sevindirir. Bu da təbiidir.Yaranan hər bir problemin yerində həll edilməsi məhz bu müəssisələrin sayəsində baş verir.

Son bir ay ərzində şahidi olduğum bəzi  sahələrdən bir-iki kəlmə danışmaq istəyirəm.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 142 nömrəli bir çağrı mərkəzi var. Əvvəla onu qeyd edək ki, belə çağrı mərkəzləri demək olar ki, ən vacib sahələrdə var.  Bu 142 nömrəli çağrı mərkəzi işini çox düzgün qurub. Mərkəzə zəng edəndə çox nəzakətli şəkildə problemin nədən ibarət olduğunu ətraflı soruşur və nə etməli olduğunu, haraya müraciət etməyi geniş bir şəkildə izah edirlər.Eyni sözləri “Dost” mərkəzlərinin çağrı mərkəzləri barədə də demək olar.

Sonuncu müraciət etdiyim sahə isə Azərbaycan Respublikası Mərkəzi Bank oldu. Mən adi, pensiyaçı bir vətəndaşam və elə düşünməyin ki, banka müraciətim hansısa bir maliyyə məsələsi ilə bağlıdır.Xeyr. Pensiyamın yenidən hesablanması üçün 23 il bundan qabaq Azərbaycan manatının Qazaxıstan tengəsinə olan məzənnəsi barədə bir neçə il üçün arayış lazım idi. Mərkəzi Banka yaxınlaşdım. Əvvəla, oradakı polislərə də təşəkkür etmək istəyirəm. Böyük bir ehtiramla mənə hər şeyi başa saldılar.Daxili nömrəyə zəng vurdum. Özünü Tural kimi təqdim edən bankın əməkdaşı mənə ərizə yazmağımı, necə yazmağımı və cavabının nə vaxt veriləcəyini izah etdi və əlavə etdi ki, ərizəmə cavab 2-3 günə veriləcək. Amma səhərisi gün əlaqə nömrəmə həmin o Tural müəllimdən zəng gəldi və dedi ki, müəllim,arayışınız hazırdır və gəlib götürmək imkanınız yoxdursa, poçtla göndərək. Mən arayışı bankdan həmin Tural müəllimdən götürdüm və elə həmin gün də lazım olan yerə təqdim etdim.

Fürsətdən istifadə edib, Mərkəzi Bankın Baş direktoru Vüqar Əhmədova (Ərizəni onun adına yazmışdım),Statistika departamentinin direktoru Samir Nəsirova (Arayışı o təsdiqləmişdi) və əlbəttə ki, soyadını bilmədiyim Tural müəllimə bildirirəm. Kaş ki, hamı belə işləsəydi...

Şakir QURBANOV

Read 955 times Last modified on Cuma, 27 Agustos 2021 13:32
Şakir QURBANOV

Latest from Şakir QURBANOV